Yeni il ərəfəsində ictimai nəqliyyatın hərəkət müddəti uzadılacaq
Yeni il ərəfəsində ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün paytaxt hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, həm metro, həm avtobuslar, həm də Riğe-Nariğala kanat yolu yanvarın 1-i saat 03:00-dək sərnişinlərə xidmət göstərəcək.
“Dekabrın 31-də, Yeni il ərəfəsində Tbilisi Meriyası Birinci Respublika Meydanında Yeni il tədbiri planlaşdırır. Nəqliyyatla bağlı məlumatı nəzərinizə çatdırmaq istəyirəm: metronun hərəkəti dekabrın 31-i saat 00:00-dan yanvarın 1-i saat 03:00-dək uzadılacaq; Avtobus sərnişin xidmətləri 31 dekabr 23:00-dan 2024-cü il yanvarın 1-i saat 03:00-dək uzadılacaq; Riğe-Nariğala kanat yolunda sərnişinlərə xidmət müddəti dekabrın 31-i saat 22:00-dan 2024-cü il yanvarın 1-i saat 03:00-dək uzadılacaq”, - deyə Kaxa Kaladze bildirib.
Milad ərəfəsinə gəlincə, paytaxt merinin sözlərinə görə, metro ilə sərnişindaşıma yanvarın 6-da saat 00:00-dan 7 yanvar saat 03:00-dək uzadılacaq və sərnişindaşıma xidməti pulsuz olacaq.


