26 
Dek
2023
11:45
350

Baş nazir: "2012-ci ilə qədər Gürcüstan Avropadan uzaqlaşır və avtoritar, diktator rejim kimi formalaşırdı"

"2012-ci ilə qədər Gürcüstan Avropadan uzaqlaşır və avtoritar, diktator rejim kimi formalaşırdı".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili səfirlərin konfransında çıxışı zamanı deyib.

Baş nazirin qeyd etdiyinə görə, namizəd statusunun verilməsi “Gürcü Arzusu” hökumətinin və gürcü xalqının xidmətidir.

“Siz hamınız yaxşı başa düşürsünüz ki, bu yol asan olmayıb. Həm parlament, həm də hökumət, diplomatik korpusumuz tərəfindən çox iş görülüb. Nəticə göz qabağındadır. 11 illik hakimiyyətimizdə xarici siyasətlə bağlı əldə etdiyimiz konkret nəticələrini geniş şəkildə nəzərdən keçirmək istərdim. 11 il əvvəl vəziyyət necə idi, siz çox yaxşı bilirsiniz. Yaxşı xatırlayırsınız ki, Avropaya inteqrasiya yolunda konkret addımlar atılmamışdı, əksinə, hər il, hər ay, hər gün Gürcüstan Avropadan uzaqlaşırdı. Bu, reallıq idi dostlar, 2012-ci ilə qədər Gürcüstan Avropadan uzaqlaşır, avtoritar, diktator rejim kimi formalaşırdı. Bu reallıq “Gürcü Arzusu” və cənab Bidzina İvanişvili ilə qarşılaşdı. Cəmi 11 ildə ölkəmiz demokratikləşmənin inkişafına görə dünyada ilk onluqdadır. Bu gün, 11 ildən sonra ölkəmiz Avropa İttifaqına üzv namizəd dövlətdir”, - deyə baş nazir bildirib.

İrakli Qaribaşvilinin sözlərinə görə, məhz “Gürcü Arzusu” hökuməti dövründə assosiasiya sazişi üzərində iş başlayıb və ölkə vizasız rejimə keçib, onun sözlərinə görə, 2012-ci ilə qədər bunu heç kim təsəvvür edə bilməzdi.

“Bu nəticənin və böyük səylərin tacı hamımızın birlikdə əldə etdiyimiz namizəd statusu oldu. Bu, təbii ki, öz-özünə baş verməyəcəkdi. Bu, ölkənin 2012-ci ildə əldə etdiyi böyük dönüş nöqtəsindən asılı idi. Bidzina İvanişvilinin idarəçiliyininin və “Gürcü Arzusu”nun gətirdiyi tərəqqi, bütövlükdə, bizim komanda, hakim partiya tərəfindən gətirilib və bu yol davam edir”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər