Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

SOCAR-ın maliyyə dəstəyi ilə təhsil alan tələblərə pul mükafatı təqdim edilib - FOTO

773
SOCAR-ın maliyyə dəstəyi ilə təhsil alan tələblərə pul mükafatı təqdim edilib - FOTO
Dinləmək üçün basın

25 dekabr tarixində “Heydər Əliyev” ili çərçivəsində Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə tədbir təşkil edilib.

25 dekabr tarixində “Heydər Əliyev” ili çərçivəsində Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə tədbir təşkil edilib.

InterPress.ge xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir SOCAR-ın Tbilisidəki baş ofisində keçirilib.
 

Tədbirdə “1+4” proqramı üzrə Gürcüstanın ali təhsil müəssisələrində oxuyan və tədris ili ərzində orta balı 95 baldan yuxarı olan 7 nəfər tələbəyə 2000 lari, “1+4” layihəsi çərçivəsində SOCAR-ın Gürcüstan nümayəndəliyinin təqaüd proqramının həyata keçirilməsində könüllü qismində iştirak etmiş bir qrup fəal tələbəyə isə 1000 lari məbləğində mükafat təqdim edilib.

Bununla yanaşı, tələbə gənclərlə görüş zamanı “1+4” proqramı çərçivəsində SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi təqaüd layihəsinin nəticələri barədə məlumatlar təqdim edilib. Qeyd edilib ki, 2008-2009-cu tədris ilindən başlayaraq SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən bu ölkənin universitetlərində təhsil alan soydaşlarımızın təhsil haqları ödənilir. Sözügedən proqram Gürcüstanın ən yaxşı 12 dövlət ali təhsil müəssisəsində oxuyan və yüksək bal toplamış tələbələri əhatə edir. Artıq hazıradək 6500 nəfərə qədər tələbə SOCAR-ın bu təqaüd proqramından yararlanmışdır. Bundan başqa, il ərzində təhsildə ən yaxşı nəticələr göstərən tələbələrə də SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən əlavə maliyyə mükafatları verilir.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək, gəncləri nailiyyətləri, qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik ediblər. Səfir F.Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin daima Gürcüstanda yaşayan soydaşlarımızın müxtəlif sahələrdə problemlərinin həllinə, xüsusilə onların yüksək təhsil almalarına çalışdığını qeyd edərək, uzun müddət ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin bu ölkənin universitetlərində təhsil alan yerli azərbaycanlıların təhsil haqlarının ödənilməsində dəstək olduğunu bildirib. F.Quliyev artıq növbəti illərdən sözügedən təqaüd proqramında dəyişikliklər edilərək, soydaşlarımızın magistr, fəlsəfə elmləri doktoru və daha yüksək elmi pillələrdə təhsil almalarının maliyyələşdirilməsi məsələsinin də nəzərdən keçirildiyini diqqətə çatdırıb. M.Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin “hər bir xalqın səviyyəsi onun bilik səviyyəsi ilə müəyyən edilir” fikrindən sitat gətirməklə, təhsilin hər bir cəmiyyət, xalq üçün önəmini vurğulayıb, SOCAR-ın da bu irsə sadiq qalaraq gənc soydaşlarımızı həmin müqəddəs amal uğrunda fəaliyyətlərini dəstəklədiyini qeyd edib.




 


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →