Bu tarixlər Gürcüstanda qeyri-iş günü elan edildi
Gürcüstanın baş nazirinin qərarına əsasən, 2024-cü il yanvarın 3-dən yanvarın 5-dək olan günlər inzibati orqanlarda işləyənlər üçün bayram günü elan edilib.
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili artıq müvafiq qərarı imzalayıb.
"İnzibati orqan öz funksiyalarının yerinə yetirilməsi ilə bağlı dövlət hakimiyyətinin həyata keçirilməsi və cəmiyyətin normal fəaliyyəti üçün təxirəsalınmaz zərurət olduqda, tabeliyindəki/sistemində bu qərarın şamil edilmədiyi xidmətləri/işçiləri müəyyən edir.
Qərar Gürcüstan Milli Bankının nəzarəti altında olan şəxslər qarşısında yerinə yetirilməli olan maliyyə öhdəliklərinə, habelə "Dövlət satınalmaları haqqında" Gürcüstan Qanununda nəzərdə tutulmuş dövlət satınalmaları ilə bağlı fəaliyyətlərə şamil edilmir, - hökumət administrasiyasının yaydığı məlumatda deyilir.


