Dekabrın 27-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı
Gürcüstanın bəzi rayonlarında dekabrın 27-dək soyuq və qarlı hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Onların verdiyi məlumata görə, dekabrın 27-28-də yağıntıların intensivliyi azalsa da, dekabrın 28-də yüksək dağlıq ərazilərin bəzi yerlərində güclü qar, duman və çovğun olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Tbilisidə az yağıntı müşahidə etmək mümkündür. Dekabrın 28-də şimal-qərb istiqamətindən güclü külək əsəcək. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 29-dək bəzi yerlərdə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Dekabrın 28-də güclü qərb küləyi əsəcək, havanın temperaturu gün ərzində +8, +10 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): dekabrın 29-dək bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Dekabrın 28-də güclü qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Havanın temperaturu gündüz -1, +4 dərəcə təşkil edəcək.


