Azərbaycanın Gürcüstandakı səfirliyində "Heydər Əliyev İli"nin yekunlarına həsr olunmuş tədbir keçirilib
Dekabrın 23-də Azərbaycanın Gürcüstandakı səfirliyində "Heydər Əliyev İli"nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, mərasimdə Azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Səfir Faiq Quliyev çıxışında qeyd edib ki, Azərbaycan Prezidenitinin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub.
Gürcüstanda da bununla bağlı silsilə tədbirlər tədbirlər keçirilib. Ümummili Liderlə bağlı keçirilən lahiyələr haqqında danışan diplomat bu ilin çox uğurlu olduğunu bildirib. Deyib ki, Gürcüstanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla anılır. Burada yaşayan soydaşlarımız onunla bağlı tədbirlər keçirərək gənc nəsilləri məlumatlandırırlar.
Səfir eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Gürcüstana səfərlərindən və Gürcüstan-Azərbaycan dostluq əlaqələrindən dənışıb. O, deyib ki, Ulu Öndərin Gürcüstanla sıx əlaqədə olması, burada yaşayan soydaşlarımızla yaxından maraqlanması iki ölkə arasında münasibətləri dahada genişləndirib və gücləndirmişdir. Onlar arasındakı dostluğun ən bariz nümunəsi Azərbaycan torpaqları alınandan sonra Prezident İlham Əliyevin xarici ölkə kimi ilk Gürcüstana səfəri olub. Onun sözlərinə görə, bu əlaqə eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Səfirində bildirdiyi kimi il ərzində Ulu Öndərlə bağlı 60-dan çox layihə, tədbir həyata keçirilib. O, bu tədbirlərin həyata keçirilməsində başda səfirliyin nümayəndələri olmaqla əməyi olan bütün təşkilatçılara təşəkkür edib.
Tədbirin sonunda "Heydər Əliyev İli" çərçivəsində fərqlənən fəal soydaşlarımız və jurnalistlər Təşəkkürnamə ilə təltif olunublar.
Təltif olunan şəxslər arasında InterPress.ge xəbər saytının əməkdaşlarıda olub.
Xəbər müəllifi: Aysun Əhmədova




