22 
Dek
2023
10:23
382

Bolnisidə şam ağacı təntənəli şəkildə işıqlandırılıb

Bolnisi rayonunda bələdiyyənin əsas yolkası təntənəli şəkildə işıqlandırılıb.

InterPress.ge xəbər verir ki, tədbirdə yerli yaradıcı qruplar iştirak edib, Bolnisi bələdiyyəsinin meri Davit Şerazadişvili vətəndaşlarla birgə yolkanı işıqlandırıb.

Tədbirdə Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkanın majoritar deputatı Qoqi Meşveliani də iştirak edib. Bolnisi bu il Yeni il üçün xüsusi olaraq bəzədilib. Bəzəklər arasında dövlət administrasiyası tərəfindən bələdiyyəyə hədiyyə edilmiş işıqlandırmalar da var.

Bolnisidə Yeni il fəallığı yolkanın işıqlandırılması ilə yekunlaşmayıb, dekabrın 28-də hökumət administrasiyasının təşkilatçılığı ilə rayonda Yeni il şənliyi keçiriləcək.

Bizimlə əlaqə saxlayın