20 
Dek
2023
22:16
331

ABŞ Rusiya neftinə qarşı sanksiyaları sərtləşdirəcək

ABŞ Rusiya neftinə qarşı sanksiyaları sərtləşdirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd edilir ki, ABŞ Rusiyadan neftin dəniz yolu ilə daşınmasına tətbiq edilən “qiymət tavanı”ndan yayınmanın qarşısını almaq və bu cür hərəkətlərə nəzarəti gücləndirmək məqsədi daşıyan Rusiya neft gəlirlərinə qarşı sanksiyaların sərtləşdirilməsinin növbəti mərhələsinə keçir.
Dəyişikliklər bəzi neft nəqli təminatçılarının attestasiya proseslərinin və məlumatların saxlanmasının sərtləşdirilməsinə yönəlib.
Bundan əlavə, ABŞ gəminin sahibi, Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və sanksiyaya məruz qalmış Rusiyanın “Sovkomflot” dövlət şirkətinə məxsus SUN Ship Management şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar Moskvaya “qiymət tavanları” üçün Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərindən yan keçməyə imkan verən üç rus neft treyderinə də təsir edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər