Senakinin Çavçavadze küçəsində yol qəzası baş verib.
InterPress.ge xəbər verir ki, qəzada iki avtomobil bir-biri ilə toqquş daha sonra 2 piyadanı vurub.
Qəza nəticəsində hər iki piyada ölüb. Onların ər-arvad olduqları məlum olub.
Avtomobillərdən birinin sürücüsünün hərbçi olduğu bildirilir.
Hadisə yerində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
