20 
Dek
2023
19:35
919

Marneuli-Sadaxlı yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Marneuli- Sadaxlı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, məlumata görə, "Opel"  markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Aşağı Qullar kənd sakini olan 35 yaşlı şəxs xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və ekspertlər cəlb olunub. 
 

Qəza ilə bağlı istintaq başlayıb.

Bizimlə əlaqə saxlayın