18 
Dek
2023
13:18
1103

Marneulidə bir nəfər saxlanıldı

Marneulidə, Qızılhacılı kəndində bıçaqlanan gənclərdən biri əməliyyat olunub. İkinci yaralı da klinikaya yerləşdirilib.

InterPress ge-nin xəbərinə görə, oların sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma (120-ci) maddəsi ilə araşdırmaya başlayıb.

Xatırladaq ki, ötən gecə Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 2 nəfər bıçaqlanıb. Hadisə ilə bağlı 40 yaşlarında kişi saxlanılıb. O, günahını etiraf edib.

Yerli sakinlərin dediyinə görə, qarşıdurmaya səbəb avtomobilin rəsmiləşdirilməsi olub. Lakin digər təfərrüatlar məlum deyil.

"Biz də yeni eşitdik. İşə gələndə yeri qanla dolu gördüm. Nə baş verdiyini soruşanda dedilər ki, gecə burada iki gənc bıçaqlanıb. Səbəbini həqiqətən bilmirəm", - deyə bir nəfər söyləyib.

Bizimlə əlaqə saxlayın