Sinoptiklər qarşıdakı günlərdə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edir
Sinoptiklərin məlumatına görə, dekabrın 22-dək Gürcüstanda nisbətən soyuq və yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi dekabrın 18-21-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Dekabrın 18-21-də Tbilisidə yağmursuz hava olacaq. Havanın temperaturu gecə 3° şaxta, gündüz 8-10° isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 18-21-də hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 3, 5 dərəcə şaxta, gündüz 8, 10 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): 18-21 dekabrda hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 2-4°-dək şaxta, gündüz 8-10° isti təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 22-dək hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz -1, +4 dərəcə təşkil edəcək.


