15 
Dek
2023
19:45
443

Azadlıq meydanındakı tədbirdə Salome Zurabişvilinin səhnədə çıxışına imkan verilməyib

Azadlıq meydanındakı siyasi çıxışlar Gürcüstan prezidentinin səhnəyə çıxıb əhaliyə müraciət etməsinə imkan verilmədən başa çatıb.
 

InterPress.ge xəbər verir ki, mətbuatın məlumatına görə,  Zurabişvili  tədbiri izdiham arasından izləyib.

Qeyd edək ki, “Gürcü arzusu”nun liderləri bu gün səhər Zurabişvilinin dünən dilə gətirdiyi hazırlığa baxmayaraq, ona tribuna verməyəcəklərini açıqlayıblar.

Tədbirdə Qaribaşvili, Kobaxidze, Papuaşvili, Kaladze çıxış ediblər. Həmçinin Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski əhaliyə gürcü dilində müraciət edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər