ABŞ Dövlət Departamenti Avropa Şurasının qərarını alqışlayıb
"Birləşmiş Ştatlar Avropa Şurasının dekabrın 14-də Avropa İttifaqının genişlənməsi ilə bağlı qərarını alqışlayır, bu, Avropa və transatlantik tərəfdaşlıq üçün tarixi məqamdır”.
InterPress.ge xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin mətbuat katibinin bəyanatında qeyd olunub.
“Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının açılması, Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi və Bosniya və Herseqovina lazımi meyarlara cavab verdikdən sonra onunla üzvlük danışıqlarının başlanması qərarları bu ölkələrə və onların xalqına ümid və ruh verir ki, AB ilə əlaqədar lazımlı islahatların aparılması ambisiyalarında müvəffəqiyyət əldə edə bilsinlər. Bu, Avropa və transatlantik tərəfdaşlıq üçün tarixi məqamdır”, - bəyanatda deyilir.
Metyu Miller vurğulayıb ki, ABŞ Aİ-nin genişlənmə prosesinin güclü tərəfdarı olaraq qalır və Aİ-yə üzv olmaq yolunda həyata keçirdikləri mühüm islahatlarda Aİ-yə namizəd və perspektivli namizəd ölkələri dəstəkləyəcək.
"Transatlantik birlik üçün bu həlledici məqamda biz onları tam demokratik və iqtisadi potensialını reallaşdırmaq və Avropa gələcəklərini təmin etmək fürsətindən istifadə etməyə çağırırıq”, - bəyanatda deyilir.


