Estoniyanın baş naziri: “ Biz bütün dövlətlərlə yanaşı Gürcüstan məsələsini də gözdən keçirəcəyik”
"Biz bütün dövlətləri həm birlikdə, həm də ayrı-ayrılıqda nəzərdən keçirəcəyik, o cümlədən Gürcüstan məsələsini"
InterPress.ge xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kalas Avropa Şurasının sammitindən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının hesabatı ləyaqət prinsipinə əsaslanır.
“Ukrayna üzvlük danışıqlarını açmaq üçün ona verilən meyarları yerinə yetirib. Hansı ki, hətta tariximizdən bildiyimiz kimi bir neçə il davam edir. Razılığa gələ bilməsək, sonra başqa variantları nəzərdən keçirməli olacağıq. Biz bütün dövlətləri həm birlikdə, həm də ayrı hesab edirik. Bütün bunlar müzakirə olunan təkliflərdir. Onların arasında Gürcüstan məsələsi var, amma Ukrayna və Moldova məsələsi daha böyük problemdir. Görək işlər necə inkişaf edəcək”, - deyə Kaya Kalas bildirib.
Kaya Kalasın sözlərinə görə, Macarıstanın baş naziri Viktor Orban ona razılıq əldə etmək imkanını görmədiyini deyib.
“İlk növbədə, biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Bu vacibdir, çünki Ukrayna bu müharibədə qalib gələ bilər. Bu gün əlbəttə ki, bununla bağlı bir neçə məsələni müzakirə etməliyik. Biri Ukraynaya maliyyə yardımı ilə bağlı, bizim razılaşmalıyıq, digər hissəsi isə genişlənmə ilə bağlı. Qarşıda Ukrayna və Moldova ilə danışıqlara dair uzun müzakirələr var. Bu yaxınlarda Viktor Orbanla danışdım və siz ona daha çox sual verə bilərsiniz. O qeyd edib ki, razılıq əldə etmək imkanını görmür. Biz cəhd etdik, yenə cəhd edirik, çünki biz hələ təslim olmağa hazır deyilik”, - Estoniyanın baş naziri bildirib.


