Prezident Zurabişvili Mixeil Saakaşvilini əfv edə biləcəyini istisna etməyib
Gürcüstan prezidenti Salome Zurabişvili “Azadlıq” radiosuna verdiyi müsahibədə digər məsələlərlə yanaşı, üçüncü prezident Mixeil Saakaşvili haqqında da danışıb.
InterPress.ge xəbər verir ki, Praqa baş ofisində jurnalist ona keçmiş prezidenti əfv etməkdən imtina etdiyini deyib və Zurabişvili ona belə cavab verib:
“Mən imtina etməmişəm. Bu, onun Gürcüstanın bu yola qoyulmasında böyük rol oynamasına təsir etmir. Tək onun yox, Şevardnadzenin də böyük rolu olub. Qapıları ilk açan o oldu, bir neçə gün əvvəl 60 illik yubileyi qeyd olunan Zurab Jvaniya aparıcı rol oynadı. O dedi ki: “Mən gürcüyəm, ona görə də avropalıyam”. Bütün bu şəxslər, bütün bu hökumətlər öz rolunu oynayıblar. Təəssüf ki, Gürcüstanda hökumətlər bəzən avtokratik davranmağa başlayırlar”.
Həmin müsahibədə Zurabişviliyə mart etirazları zamanı həbs edilən fəal Lazare Qriqoriadisin əfv olunması ilə bağlı sual verilib və prezident ona belə cavab verib:
"Əvvəlcə dediyim kimi, hər hansı bir ölkənin prezidentinin əfvlə bağlı şərh verməsini düzgün hesab etmirəm. Bu, prezidentin öz ixtiyarındadır və bir şeyi şərh edib izah etməyə başlasanız, həbsdə olan və əfv istəyən digər şəxslərə qarşı ayrı-seçkilik olduğu ortaya çıxır.


