Anri Oxanaşvili: "Avropa Komissiyasının müsbət tövsiyyəsinə təsir etməklə bağlı hər hansı mövqeyə artıq yer qalmayıb"
"Avropa Komissiyasının müsbət tövsiyyəsinə təsir etməklə bağlı hər hansı mövqeyə artıq yer qalmayıb - bu baş verərsə, Avropa İttifaqının dəyərlərinin nəyə əsaslandığı bəlli olmayacaq".
InterPress.ge xəbər verir ki, bunu Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili bildirib.
Oxanaşvilinin sözlərinə görə, onlar ölkənin status alacağını gözləyirlər.
“Cəmiyyətin mütləq əksəriyyəti son vaxtlar keçdiyimiz çətin yolda “Gürcü Arzusuna” inamını ifadə etdi və xalqımızın xidmətləri sayəsində biz ləyaqətlə namizəd statusu ala bildik. Ölkəmizin layiq olduğu bu statusun rəsmi açıqlamasını təbii ki, gözləyirik.
Hökumətimizin atdığı konkret addımları dəyərləndirən və məhz bu tədbirlərin nəticəsi olaraq namizəd statusunun verilməsi ilə bağlı müsbət tövsiyə verən Avropa Komissiyasının qərarını hamımız gördük, bu müsbət tövsiyəyə təsir edəcək hər hansı bir hərəkətə və ya mövqeyə artıq yer yoxdur. Atılan addımlar, siyasətimiz müsbət qiymətləndirilir, işlər görülür və bu işlərin yekun nəticəsi statusun verilməsidir. Buna görə də, Avropa Komissiyasının müsbət qiymətləndirməsinə zidd qərar qəbul edilərsə, Avropa Komissiyasının rəyi dəyərsiz olarsa, Avropa İttifaqının dəyər və qiymətinin nəyə əsaslandığı bəlli olacaq. Bizim bu gözləntimiz yoxdur. Əksinə, biz adekvat qərarın veriləcəyini gözləyirik”, - Oxanaşvili bildirib.
Məlumat üçün bildirək ki, bu gün Brüsseldə Avropa Şurasının sammiti açılır və onlar Aİ-nin genişlənməsi, o cümlədən Gürcüstana namizəd statusunun verilməsi məsələsini müzakirə edəcəklər.


