Ölkə ərazisində hava temperaturu yüksələcək - PROQNOZ
Gürcüstanda dekabrın 15-dək yağıntılı hava şəraiti davam edəcək, dekabrın 15-də isə hava açılacaq- Qərbi Gürcüstanın düzənliklərində gündüz maksimal temperatur +22 dərəcəyədək yüksələcək, Şərqi Gürcüstanda isə nisbətən soyuq hava gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Dekabrın 12-13-də Tbilisidə yağış, duman, 14-15-də isə yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 15-dək arabir yağmurlu hava olacaq. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): dekabrın 15-dək arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 15-dək qar, duman və çovğun gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.


