Orbeliani sarayında“ Səsimiz Avropaya” kampaniyası çərçivəsində yekun tədbir keçirilir
Prezident Salome Zurabişvili Orbeliyani sarayında ziyafət verib.
InterPress.ge xəbər verir ki, tədbir “Səsimiz Avropaya” kampaniyasının yekun hissəsidir.
Tədbirdə Zurabişvili kampaniya çərçivəsində toplanmış imzaları Aİ ölkələrindən olan diplomatik korpus nümayəndələrinə təhvil verəcək.
Məlumata görə, prezident sarayına Gürcüstanda akkreditə olunmuş diplomatlar, Avropa İttifaqının 27 ölkəsinin siyasətçiləri və səfirləri toplaşıb.
Salome Zurabişvilinin sözlərinə görə, tədbirə Gürcüstanın bütün hakimiyyət orqanlarının nümayəndələri, Gürcüstanın Avropaya doğru hərəkətində iştirak etmiş baş nazirlər və xarici işlər nazirləri dəvət olunub.
Qeyd edək ki, “Gürcü arzusu”nun nümayəndələri tədbirdə iştirakdan imtina ediblər.
Hakim partiyanın icraçı katibi, “Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin sözlərinə görə, “hökumət Salome Zurabişvilinin qurduğu maskaradda iştirak etməyəcək”.


