13 
Dek
2023
13:38
1117

Dekabrın 14-dən yeni qanun qüvvəyə minir...

Akustik səs-küyün yol verilən normalarını aşmağa görə sanksiyalar sərtləşir və müvafiq qanun bu il dekabrın 14-dən qüvvəyə minəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, indiyədək müəyyən edilmiş cərimə məbləğləri akustik səs-küyün həddindən artıq artmasının qarşısını ala bilmirdi.

“Qanunvericiliyə əsasən, yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda, ictimai və ya dövlət müəssisəsinin binasında akustik səs-küyün yol verilən normalarından artıq olması qadağandır və müvafiq pul cərimələri də müəyyən edilir, lakin indiyə qədər müəyyən edilmiş sanksiyalar, cərimənin məbləği reallığa, faktiki baş verən pozuntunun məzmununa uyğun gəlmirdi.

Qanuna görə:

a) Akustik səs-küyün yol verilən normalarının aşılması birinci halda fiziki şəxs üçün 150 lari, hüquqi şəxs üçün 1500 lari məbləğində cərimə ilə nəticələnir;

b) Eyni əməlin təkrar törədilməsinə görə fiziki şəxs 500 lari, hüquqi şəxs isə 5000 lari məbləğində cərimə edilir;

c) Üçüncü və bütün sonrakı pozuntulara görə fiziki şəxs 1000 lari, hüquqi şəxs isə 10 000 lari məbləğində cərimə edilir.

Bizimlə əlaqə saxlayın