Dövlət büdcəsinə külli miqdarda ziyan vurmaq faktı üzrə dörd nəfər ifşa edilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxta vergi sənədləri hazırlayıb istifadə etməklə dövlətə büdcəsinə külli miqdarda maddi ziyan vurma faktı ilə bağlı dörd nəfər ifşa edilib, onlardan ikisi saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə idarə etdikləri on dörd şirkət adından bir-birinə guya tikinti-təmir işlərinin aparılmasına görə saxta vergi hesab-fakturaları tərtib ediblər, bu yolla 514 641 lari məbləğində saxta ƏDV aktivləri yaradıblar, qeyd olunan məbləği isə sonradan vergi öhdəliklərini ödəmək üçün istifadə ediblər.
Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslərin adına olan daşınmaz əmlak və bank hesablarına həbs qoyulub.
Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 210 və 185-ci maddələri ilə istintaq davam etdirilir.
Təqsirləndirilən şəxslərlə cinayət əlaqəsində olan digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.


