13 
Dek
2023
09:35
379

Tbilisi meri: "Ölkəmizi Avropaya daha da bağlamaq üçün hər şeyi etməyə hazırıq"

"Biz ölkəmizi Avropaya daha da bağlamaq üçün hər şeyi etməyə hazırıq".

InterPress.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı deyib.

“Gürcü Arzusu”nun gördüyü işlər, həyata keçirilən islahatlar, tərəfdaşlarımızla birgə atılan addımlar həqiqətən vacibdir. Bütün bunlarda müxalifət iştirak etmədi, sadəcə, bizə mane oldular, ölkənin qeyd olunan statusu almaması üçün əllərindən gələni etdilər, o cümlədən Brüsselə qaçmağa çalışdılar, ancaq hamı gördü ki, yeganə qüvvə islahatlar aparan “Gürcü Arzusu”dur. Bu, gələcəkdə də davam edəcək, çünki bu bir gün edib dayandırılası bir iş deyil. Biz ölkəmizi Avropaya daha da bağlamaq üçün hər şeyi etməyə hazırıq”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər