Doğuş və qeysəriyyə əməliyyatı nisbətlərinin bərabərləşdirilməsi nəticəsində müsbət dinamika müşahidə olunub
"Doğuş və qeysəriyyə əməliyyatı nisbətlərinin bərabərləşdirilməsi nəticəsində artıq müsbət dinamika müşahidə olunub"
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini İlia Quduşauri bildirib.
Səhiyyə nazirinin müavininin izahatına görə, xidmət tariflərinin bərabərləşdirilməsinə ölkədə qeysəriyyə əməliyyatlarının yüksək göstəricisi səbəb olub və dəyişikliyin tətbiqindən bir ay sonra artıq müsbət statistika qeydə alınıb.
“Ölkədə qeysəriyyə əməliyyatının yüksək nisbəti çətinliklərdən biri idi, ona görə də qeysəriyyə əməliyyatı və fizioloji doğuşun qiymətinin bərabərləşdirilməsi məqsədəuyğun hesab olunurdu, bu,bəzi motivasiyaları məhdudlaşdırmaq üçün sübut edilmiş beynəlxalq təcrübədir. Sizə təsdiq etmək istəyirəm ki, biz statistikanı təkmilləşdirmişik, baxmayaraq ki, hələlik cəmi bir aydır və ümumi mənzərə haqqında danışmaq hələ tezdir, lakin əvvəlki dövrlə müqayisədə müsbət dinamika artıq nəzərə çarpır”- Quduşauri qeyd edib.
Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, artıq bir aydır ki, DRG modelinin maliyyələşdirilməsi doğuş və qeysəriyyə əməliyyatlarına da şamil edilir. Dəyişiklik nəticəsində doğuşa ayrılan vəsait 500 laridən 1222 lariyə, keysəriyyə əməliyyatı üçün isə 800 laridən 1222 lariyə yüksəlib. Bu xidmətlər bütün vətəndaşlar üçün tam maliyyələşdirilir.


