12 
Dek
2023
17:11
1420

Məktəblərdə “Milli qiymətləndirmə” sistemi geri qaytarılacaq

Məktəblərdə  2025-ci ildən 6-cı və 9-cu siniflərin, 2026-cı ildən 12-ci siniflərin sınaqdan keçirilməsinə başlanılacaq və bu sistem 2027-ci ildə tam tətbiq olunacaq”

InterPress.ge xəbər verir ki, bu barədə təhsil və elm naziri Qiorqi Amilaxvari ümumi təhsil islahatının təqdimatı zamanı bildirib.

Nazirin sözlərinə görə, yeni modeli tətbiq etmək üçün hər səviyyənin sonunda tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsi sistemi hazırlanır.

 

Amilaxvari bildirir ki,  milli qiymətləndirmə sisteminə məktəbdən ali təhsilə keçid daxildir.

Yəqin ki, hamı mənimlə razılaşar ki, bu gün "Milli qiymətləndirmə" ni geri qaytarmaq vacibdir. Bu vacibdir ki, müəllim özü hansı nəticələrlə üzləşdiyini bilsin. Həmçinjn bu Həm şagird, məktəb rəhbərliyinin özü və ən əsası Təhsil Nazirliyi, sistem və ölkəmiz üçün vacibdir.Buna görə də, biz 6-cı və 9-cu siniflərdə diaqnostik qiymətləndirmə prosesinə fəal başladıq, hansı ki, bu bizə sistemin necə inkişaf etdiyini, hansı düzəlişlərə və təkmilləşdirmələrə ehtiyac olduğunu aydın şəkildə göstərəcək və  12-ci sinifdə bu, müəyyənedici bir qiymətləndirmə və uşağın məktəbdən ali təhsilə və ya peşə təhsilinə keçidi dediyimiz şey olacaq. Təbii ki, bu da nəzərə alınacaq və biz beynəlxalq təcrübəyə uyğunlaşdırılmış tamamilə yeni qəbul prosesini ictimaiyyətə təqdim edəcəyik. Vurğulamaq istərdim ki, 2025-ci ildə 6-cı və 9-cu siniflərin sınaqdan keçirilməsinə, 2026-cı ildə 12-ci siniflərin sınaqdan keçirilməsinə başlanılacaq və bu sistem 2027-ci ildə tam şəkildə işə düşəcək”, - deyə Amilaxvari bildirib.

Bundan əlavə, nazirin sözlərinə görə, məktəblərin avtorizasiyası 6 il deyil, 9 il olacaq.

“Mühüm proses olan avtorizasiya və Gürcüstanda ilk dəfə olaraq dövlət məktəblərinin avtorizasiyası başlayıb. Artıq 300-ə yaxın məktəb avtorizasiya edilib və bu proses bizə məktəblərdə hansı boşluqların olduğunu, hansı çətinliklərin olduğunu müəyyən edib müşahidə etmək, həmçinkn məktəblərdə keyfiyyətin idarə edilməsi alətləri və özünüqiymətləndirmə mədəniyyəti adlanan üsullar tətbiqinin qurulmasına cavab vermək imkani verəcək. Qərar verdik ki, avtorizasiya müddəti 9 il olsun, çünki biz tələsmirik. Bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Ona görə də infrastrukturun inkişafı ilə bağlı proseslərə və indi sadaladığım komponentlərə paralel olaraq düzgün addımların atılması keyfiyyətin daha da yüksəlməsinə kömək edəcək”, - Qiorqi Amilaxvari bildirib.

Bizimlə əlaqə saxlayın