12 
Dek
2023
16:35
485

Ölkədə benzinin qiyməti artacaqmı? - Nazirlikdən açıqlama

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi benzinin qiymətinin mümkün artımı ilə bağlı KİV-də yayılan məlumatları “mütləq dezinformasiya” adlandırıb və bildirib ki, “Gürcüstanda benzinin istehlak qiymətinin artması üçün heç bir əsas yoxdur”.

InterPress.ge xəbər verir ki, qurumun yaydığı bəyanatda qeyd edilib ki, gürcü idxalçıları benzini beynəlxalq qiymətdən daha ucuz idxal etmək imkanına malikdirlər.

"Gürcüstana benzinin beynəlxalq qiymətdən ucuz idxal tendensiyası yaxın aylarda da qorunacaq”, - deyə məlumatda vurğulanıb.

Məlumat üçün bildirək ki, mətbuatda Gürcüstanda benzinin bahalaşmasının gözləndiyi barədə məlumat yayılıb. Bəzi ekspertlərin fikrincə, “Gürcüstan artıq Rusiyadan ucuz yanacaq ala bilmədiyi və beynəlxalq qiymətlərlə ticarət etməli olacağı üçün bu, yanacağın qiymətinin artmasına səbəb olacaq”.

Bizimlə əlaqə saxlayın