Şalva Papuaşvili Azərbaycan Respublikasının Milli Məclisinin sədri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat verib.
Məlumata görə, görüşdə iki ölkənin qanunvericilik orqanları arasında əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.
“Sahibə Qafarova ilə görüşdə parlament əlaqələrindən danışdıq, komitələr və dostluq qrupları arasında xüsusilə sıx əlaqələrimiz var. Bu, həmkarım keçən il Tbilisidə olduqdan sonra Bakıya cavab səfərimdir. Bu gün parlamentlər arasında əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq, parlamentlər arasında müxtəlif istiqamətləri əhatə edən əməkdaşlıq memorandumu üzərində işləmək üçün söhbətimiz oldu. Bu gün bizim mədəniyyət və xarici əlaqələr komitələri arasında memorandumlarımız var və ondan danışdıq ki, parlamentlər arasında bütün bu sektorları əhatə edən, formatları müəyyən edən vahid əməkdaşlıq memorandumu olsa, yaxşı olar. Hesab edirəm ki, parlamentlər arasında əlaqələr xüsusilə icra hakimiyyətləri arasında müzakirə olunan strateji layihələrin həyata keçirilməsinə dəstək olacaq və kömək edəcək ki, bunun üçün onlar arasında qanunvericilik bazası yaratmaq lazımdır”, - Şalva Papuaşvili bildirib.


