11 
Dek
2023
14:16
295

Ölkə əhalisi prezidentin fəaliyyətini necə qiymətləndirir?

“Milli Demokratiya İnstitutu”nun (NDI) bu gün dərc etdiyi sorğuya əsasən, əksəriyyət prezidentin fəaliyyətini orta və ya yaxşı kimi qiymətləndirir.

InterPress.ge xəbər verir ki, araşdırmaya görə, prezidentin fəaliyyətinin qiymətləndirilməsi müxtəlif qruplar arasında oxşardır, baxmayaraq ki, kişilər Salome Zurabişvilinin fəaliyyətini qadınlardan daha tənqidi qiymətləndirirlər.

Daha konkret desək, prezidentin fəaliyyətini necə qiymətləndirərdiniz sualına cavablar belədir:

 16% - yaxşı

 41% - orta

 30% - pis

 11% - cavab verməkdən imtina edib 

 1% - bilmirəm

Sözügedən hesabat oktyabrın 14-dən noyabrın 4-dək Gürcüstanın yetkin əhalisi arasında ölkə boyu aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır.

Bizimlə əlaqə saxlayın