Gürcüstan Parlamenti sədrinin Azərbaycana səfər proqramı açıqlanıb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasında rəsmi səfərdədir.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Parlamentin məlumatına görə, bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşəcək.
Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşlər keçiriləcək.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi parlament nümayəndə heyətinə parlamentin vitse-spikeri Arçil Talakvadze, “Gürcü Arzusu” fraksiyasının sədr müavini Qreta Tsitsava, parlament çoxluğunun üzvləri: Savalan Mirzəyev, Zaur Darğallı və Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət “Güc birlikdədir” fraksiyasının üzvü Ramaz Nikolaişvili daxildir.


