Tbilisidə yürüş keçirilir
“Sizin səsiniz Avropa İttifaqına” - bu şüarla Tbilisidə yürüş keçirilir.
InterPress.ge xəbər verir ki, Avropaya inteqrasiyanı dəstəkləyən yürüşə sadə vətəndaşlar, fəallar, siyasətçilər, prezident, cəmiyyətin müxtəlif sahələrinin nümayəndələri qatılıb.
Salome Zurabişvili ümid etdiyini bildirib ki, dekabrın 14-15-də Avropa Şurası Avropa Komissiyasının tövsiyəsini nəzərə alacaq və Gürcüstan namizəd statusu verəcək:
"Komissiya artıq öz fikrini bildirib və indi biz Avropa Şurasının qərarını gözləyirik və mən gözləyirəm ki, onlar bir tərəfdən alınan tövsiyəni nəzərə alacaqlar, digər tərəfdən burada toplanan insanların rəyini nəzərə alacaqlar", - Salome Zurabişvili deyib.
Salome Zurabişvili hər kəsi paytaxtdakı yürüşə qoşulmağa çağırıb: “Bizə qoşulun, bu xalqın günüdür”.


