07 
Dek
2023
14:52
384

İrakli Kobaxidze: "Partiyaların hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsini qadağan etməkdə maraqlı deyildik"

"Hüquqi şəxslər tərəfindən partiyaların maliyyələşdirilməsinə qadağa qoyulmasına gəlincə, bizim bu istiqamətdə heç bir siyasi marağımız yox idi - bu, siyasi baxımdan həssas məsələ deyil, baxmayaraq ki, müxalifət burada da spekulyasiya etməyə çalışır".

InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze deyib. 

Onun qeyd etdiyinə görə, bu məsələ ətrafında siyasi ajiotaj yaratmaq süni problemdir.

"Hüquqi şəxslərin partiyaların maliyyələşməsində payı, haradasa 3-4 faiz civarındadır. Bu, siyasi baxımdan həssas məsələ deyil, amma müxalifət burada da spekulyasiya etməyi bacarır. 

Bu, Venesiya Komissiyasının tələbi idi, biz bunu sadəcə yerinə yetirdik. Ona görə də bu məsələ ətrafında siyasi ajiotaj yaratmaq tamamilə süni problemdir”, - deyə İrakli Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, “Gürcü Arzusu”nun qanunvericilik paketinə əsasən, siyasi partiyalar bundan sonra hüquqi şəxslərdən maliyyə və maddi ianə ala bilməyəcək.

Qanunvericilik təşəbbüsü nəzərə alınaraq, hüquqi şəxslərin partiyalara ianə verməsi qadağan ediləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər