07 
Dek
2023
10:19
326

Gürcüstan aviaşirkətlərinin Türkiyənin istənilən şəhərinə müntəzəm uçuşlar həyata keçirməsi mümkün olacaq

Gürcüstan və Türkiyə Respublikasının aviasiya hakimiyyətlərinin nümayəndələri iki ölkə arasında hava hərəkəti haqqında mövcud sazişə əlavənin yenilənməsi üzrə danışıqları uğurla başa çatdırıblar.

InterPress.ge xəbər verir ki, Gürcüstan tərəfindən müvafiq memorandumu Mülki Aviasiya Agentliyinin direktoru Qivi Davitaşvili imzalayıb.

Memorandum çərçivəsində yenilənmiş əlavəyə əsasən, Gürcüstan aviaşirkətləri Türkiyənin istənilən şəhərinə qeyri-məhdud müntəzəm uçuşlar etmək hüququ qazanacaq. İndiyədək müntəzəm uçuşlar yalnız İstanbul, Antalya, Ankara və Trabzona mümkün idi. Türkiyə tərəfinin aviaşirkətlərinə gəlincə, saziş çərçivəsində onların Gürcüstanın hər üç beynəlxalq hava limanına müntəzəm uçuşlar həyata keçirmək imkanı var. 

Türkiyənin bütün beynəlxalq hava limanlarının açılması Gürcüstan aviaşirkətləri üçün sərnişin və yük əməliyyatlarını həyata keçirmək üçün yeni imkanlar açacaq.

Bizimlə əlaqə saxlayın