07 
Dek
2023
09:27
642

Dekabrın 10-na kimi hava necə olacaq?

Milli Ətraf Mühit Agentliyi yaxın günlərin hava proqnozunu açıqlayıb.

InterPress.ge xəbər verir ki, dekabrın 6-9-da Gürcüstanda gözlənilən hava şəraiti belədir:

Gürcüstanda dekabrın 10-dək yağıntılı hava şəraiti davam edəcək. Dekabrın 7-si səhərədək Şərqi Gürcüstanın şimal yüksək dağlıq rayonlarında güclü qar yağacağı, uçqun təhlükəsi, duman və çovğun gözlənilir.

Qərbi Gürcüstanda istilər fonunda bir qədər yağıntılı olacağı, ölkənin şərqində isə nisbətən soyuq hava şəraiti gözlənilir.

Dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış yağacağı, duman olacağı, havanın temperaturunun gün ərzində +9, +11 dərəcə isti olacağı gözlənilir.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): dekabrın 10-dək vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): dekabrın 10-dək vaxtaşırı yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 10-dək qar yağacağı, dekabrın 7-si səhərədək bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Bizimlə əlaqə saxlayın