06 
Dek
2023
13:11
387

ABŞ dövlət katibinin köməkçisi müxalifətlə görüşüb

ABŞ dövlət katibinin yüksək rütbəli nümayəndəsi Coşua Haki Tbilisiyə səfəri zamanı müxalif siyasətçilərlə görüşüb.

InterPress.ge xəbər verir ki, tərəflər ölkədəki mövcud siyasi vəziyyət və qarşıdan gələn seçkilər barədə danışıblar.

Müxalifətin qeyd etdiyinə görə, ABŞ Gürcüstanda koalisiya hökumətinin yaradılmasının nə dərəcədə real olduğunu öyrənməyə çalışır.

 “Əsasən həm xarici, həm də regional nöqteyi-nəzərdən ölkənin qarşısında duran vəzifələrdən, eləcə də bu ölkənin demokratik inkişafı ilə bağlı ölkə daxilindəki problemlərdən danışdıq. Əsasən seçkiqabağı dövr, seçkilərlə bağlı məsələlər vaxt apardı.

Həmçinin, biz gələcək koalisiya hökumətindən, bu vəziyyətə nə dərəcədə və necə baxdığımızdan danışdıq”, - “Qirçi - Daha Çox Azadlıq” partiyasının lideri Zura Caparidze deyib.

Coşua Haki dünən Ğaribaşvili və qeyri-hökumət təşkilatları ilə görüşüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər