Dekabrın 15-də Tbilisidə əsas şam ağacı işıqlandırılacaq
Dekabrın 15-də ölkənin əsas şam ağacı və paytaxtdakı bütün işıqlandırmalar təntənəli şəkildə yandırılacaq, dekabrın 16-da isə Yeni il kəndinin açılışı olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze hökumətin iclasında məlumat verib.
Onun sözlərinə görə, dekabrın 15-də italyan müğənni Stefano Signoroni öz qrupu ilə tamaşaçılar qarşısında çıxış edəcək.
“Dekabrın 15-də axşam saat 20:00-da Şota Rustaveli prospektində ölkənin əsas şam ağacı və paytaxtdakı bütün işıqlandırmalar yandırılacaq.
Nəzərinizə çatdırım ki, dekabrın 16-da Yeni il kəndinin açılışını planlaşdırırıq ki, bu da vacibdir və çoxları bunu gözləyir. Yeni il bəzəkləri və instalyasiyaları ilə bəzədilmiş mühitdə qonaqlara müxtəlif yeməklər və şirniyyatlar təqdim olunacaq, buz meydançası, sahibkarlıq və kənd təsərrüfatı bazarı, hər kəsin sevimli sənətçilərinin musiqili gecələri, uşaqlar üçün konsertlər, maarifləndirici və əyləncəli tədbirlər təşkil olunacaq.
Məkanlara gəlincə, bunlar: Orbeliani meydanı və ətraf küçələridir, həmçinin Ana dili bağında Yeni il kəndi olacaq. Ən əsası, uşaqlar Ana dili bağında Şaxta babanın evini, elflərin emalatxanasını və əyləncə parkını tapacaqlar. Yeni il kəndi yanvarın 7-də musiqi axşamı ilə bağlanacaq”, - Kaladze qeyd edib


