06 
Dek
2023
11:45
417

Kaxetidə baş verən yanğın söndürülüb

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yanğınsöndürənləri və xilasediciləri Kaxetidə, Telavi bələdiyyəsinin Leçuri kəndi yaxınlığındakı meşə massivində baş vermiş yanğını söndürüblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“DİN-in İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzindən - 112-dən daxil olmuş məlumata əsasən, Leçuri kəndi yaxınlığındakı yarpaqlı meşədə tüstülənmə müşahidə olunub.Yanğın meşənin alt qatında, kollarda və quru ağac budaqlarında baş verib.

Yanğınsöndürənlərin davamlı fəaliyyəti nəticəsində alovun lokallaşdırılması, sonra isə tam söndürülməsi mümkün olub. Yanğının söndürülməsi prosesinə 50-yə yaxın yanğınsöndürən və pilotsuz uçuş aparatı cəlb olunub. Relyef çətin olduğundan yanğın-xilasetmə texnikasını yanğının mərkəzinə aparmaq mümkün olmayıb. Gecə boyu qarşısının alınması və monitorinqi məqsədi ilə Fövqəladə Hallar Xidmətinin yanğın-xilasetmə qrupu hadisə yerində olub”, - məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın