03 
Dek
2023
19:39
269

Marneulidə "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib

3 noyabr tarixində “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin” təçkilatşılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100” adlı məktəblilər arasında bilik yarışı keçirilib. 

InterPress.ge -nin məlumatına görə, yarışda Marneuli, Qardabani, Bolnisi və Dmanisidən olan 20 komanda və ümumilikdə simvolik olaraq 100 nəfər məktəbli iştirak edib.

Yarış 2 mərhələdən ibarət olub. İlk mərhələdə 7-7-6 olmaqla komandalar arasında ilk mərhələnin yarışı keçirilib və hər yarış sonunda 2 ən çox bal toplayan komanda finala yüüksəlib. Final mərhələsində isə 6 komanda yarışıb və qaliblər müəyyən edilib.

Qalib komandalar bunlardır:

1. Böyük Muğanlı kənd məktəbi

2. Candar kənd məktəbi

3. Marneuli şəh. №3 məktəb

Yarışda iştirak edən hər bir iştirakçıya (100 nəfər) sertifikatlar, hədiyyə olaraq məktəbli çantası, şahmat, məktliye lazım ola biləcək dəftərxana ləvazimatları təqdim edilib. Qalib komandalara isə tutduqları yerdən asılı olaraq dəyərli hədiyyələr təqdim olunub.

Yarış boyu iştirakçılar aşağıdakı kateqoriyadan olan 100-dən çox suallı cavablandırıblar:

Heydər Əliyev; Tarix ; Ədəbiyyat; Coğrafiya; İncəsənət; İdman.

Bizimlə əlaqə saxlayın