Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabın təqdimatı olub - VİDEO
2 dekabr tarixində Qardabani rayonunda yerləşən Mədəniyyət Evində Gürcüstan və Azərbaycan xalqlarının dostluğuna həsr olunmuş tədbir, həmçinin “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimat mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, kitabın müəllifləri Azərbaycanın Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Natəvan Cəfərova və elmi işçi Kamran Ramazanlıdır.
Sözügedən tədbir Qardabani Təhsil ve İnteqrasiya Mərkəzi ilə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı ile həyata keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Azərbaycan Respublikasının Elm ve Təhsil Nazirliyinin Həsən Əliyev adina Coğrafiya İnstitunun Elmi işçisi Kamran Ramazanli və institutun direktoru professor Zakir Eminov, Kvemo Kartli üzrə sabiq qubernator Levan Mamaladze, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Qardabani Mədəniyyət Evinin direktoru Lela Bendelyani və bir sıra qonaqlar iştirak edib.
Tədbirdə iştirak edən qonaqlar Heydər Əliyevin fəaliyyəti dövründə Gürcüstanla olan dostluq və iş əlaqələri haqqında danışıblar, həmçinin Eduard Şvarnadze və Heydər Əliyevin yaxın dostluq və iş əlaqələrini qeyd ediblər. Eyni zamanda İlham Əliyevin hazırkı Gürcüstan siyasəti ilə bağlı məlumat veriblər.
Tədbir Azərbaycan və Gürcüstan dostluğunu əks etdirən sərgi ilə sonlanıb ve qonaqlara kitablar hədiyyə edilib.


