Telavi Rayon Məhkəməsi Tulari kəndində törədilən qətl işi üzrə Xeyr Xabarov barəsində həbs qətimkan tədbiri seçib.
InterPress.ge xəbər verir ki, məlumata görə, 46 yaşlı şəxs ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, adam öldürməyə cəhd və qanunsuz silah almaq-saxlama-daşımada ittiham olunur.
Xatırladaq ki, Xabarov əvvəlcə keçmiş həyat yoldaşını yaralayıb, qadının indiki əri Yaşar Cəfərovu isə öz evində qətlə yetirib.
