Prokurorluq Saqarecoda baş vermiş qətl hadisəsi ilə bağlı bəyanat yayıb
Saqarecoda prokurorluq bir nəfərə qarşı keçmiş həyat yoldaşını öldürməyə cəhd və bir nəfəri qəsdən öldürməkdə ittiham edib.
InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs keçmiş arvadının bir qadın olaraq şəxsi həyatından əl çəkib başqa kişi ilə evlənmək hüququna malik olmadığına inandığından, onun yenidən ailə quraraq onu təhqir etdiyini düşünüb.Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşına və onun ərinə odlu silahla coxsaylı xəsarətlər yetirib.Aldıqları güllə yaraları nəticəsində 1 nəfər hadisə yerində ölüb, qadın isə xəstəxanaya yerləşdirilib.
“Gürcüstan Prokurorluğu bir nəfəri Saqareco rayonunda baş vermiş qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə maddələri ilə ittiham edib.
Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, İ.K. zərərçəkmiş şəxsin bir qadın olaraq şəxsi həyatına sərəncam vermək və başqası ilə evlənmək hüququna malik olmadığını düşündüyü üçün keçmiş arvadı N.D.-nin onu yenidən ailə quraraq təhqir etdiyinə inanıb. Bu səbəbdən təqsirləndirilən şəxs noyabrın 28-də keçmiş arvadının ailəsinə gedərək N.D.-yə və onun həyat yoldaşına C.-yə anasının gözü qarşısında çoxsaylı güllə ilə xəsarət yetirib. Aldıqları xəsarətlər nəticəsində İ.C. hadisə yerində ölüb, N.D. isə xəstəxanaya aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 30-da saxlayıb.O, Cinayət Məcəlləsinin 109-cu maddəsinin “m” bəndi, 19-cu maddəsinin 109-cu maddəsinin “h”, “k” və “l” bəndləri (xüsusi amansızlıqla qəsdən adam öldürmə və ya iki nəfəri və ya digər şəxsi qəsdən adam öldürməyə cəhd) ilə ittiham olunur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə Telavi rayon məhkəməsinə müraciət edəcək”, - deyə prokurorluğun məlumatında bildirilir.


