Dekabrın 4-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı
Dekabrın 4-dək Gürcüstanda hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Onların məlumatına görə, Tbilisidə hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +18, +20 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) hava yağmursuz keçəcək, havanın temperaturu gündüz +20, +22, Qori və Sxinvalidə +16 +18 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): havanın yağmursuz keçəcəyi, temperaturun gün ərzində +21, +23 dərəcə isti olacağı gözlənilir.
Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +11, +13 dərəcə isti təşkil edəcək.


