Baş nazir BMT-nin İqlim Dəyişikliyi üzrə 28-ci Dünya Liderlərinin Sammitində iştirak edir
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransının Dünya Liderlərinin 28-ci Sammitində iştirak edir.
InterPress.ge xəbər verir ki, məlumatı hökumət administrasiyası yayıb.
Bildirilib ki, konfransın keçirildiyi Dubai Expo-da Gürcüstanın baş naziri və sammitin iştirakçısı olan dövlətlərin rəhbərlərini Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş qarşılayıb.
İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə sammitin açılışında iştirak edib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan, BMT-nin baş katibi Antonio Quterreş və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlz sammitdə iştirak edən liderlər qarşısında salamlama nitqi ilə çıxış ediblər


