30 
Nybr
2023
19:56
248

İlya Darçiaşvili: “Rusiya işğalçı qüvvələri tərəfindən mülki vətəndaş Tamaz Qinturinin öldürülməsi etnik gürcülərə qarşı növbəti zorakılıq aktıdır”

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ATƏT Nazirlər Şurasının plenar iclasında Rusiyanın işğalçı qüvvələri tərəfindən gürcü mülki vətəndaş Tamaz Qinturinin öldürülməsi haqqında danışıb.

InterPress.ge xəbər verir ki, o  Gürcüstan vətədaşının öldürülməsini etnik gürcülərə qarşı növbəti zorakılıq aktı adlandırıb.

“Hörmətli həmkarlar, Rusiyanın Gürcüstana qarşı müharibəsi Soyuq Müharibədən sonra suveren ölkənin sərhədlərini zorla dəyişdirmək üçün ilk cəhd idi. 15 ildən artıqdır ki, Rusiya Gürcüstanın bölünməz bölgələri - Abxaziya və Sxinvali rayonlarının qanunsuz işğalını davam etdirir. Bu, beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulmasıdır.
İşğal olunmuş ərazilərdə yaşayan insanlar ciddi insan hüquqları pozuntularının qurbanı olurlar. Onlar kənd təsərrüfatı torpaqlarından, ibadət yerlərindən kilometrlərlə tikanlı məftillərlə təcrid olunub, köçmək, əsas ehtiyaclarını ödəmək hüququndan məhrum ediliblər.
Qeyri-qanuni həbslər və adam oğurluqları onların sağlamlığını və həyatını riskə atan artan praktikadır.
Bu yaxınlarda rus işğalçı qüvvələri tərəfindən doğulduğu Kirbal kəndi yaxınlığında gürcü mülki vətəndaş Tamaz Qinturinin öldürülməsi etnik gürcülərə qarşı növbəti zorakılıq aktıdır", - Darçiaşvili bildirib.

Bizimlə əlaqə saxlayın