30 
Nybr
2023
15:06
248

“Milli Hərəkat” partiyası bolşevik və menşeviklərə bölündü. Bolşeviklərin formal sədri Xabeişvili, menşeviklərin lideri Meliadır" - Kobaxidze

“Milli Hərəkat” partiyası bolşevik və menşeviklərə bölündü. Bolşeviklərin formal sədri Xabeişvili, menşeviklərin lideri Meliadır".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun qiymətləndirməsinə görə, 2024-cü il seçkilərində müxalifətin total məğlubiyyəti qaçılmazdır.

“Proses tam seçki məğlubiyyəti ilə başa çatacaq. Onlar doqquzuncu dəfə bu ölkədə keçirilən seçkilərdə uduzacaqlar. Bu gün “Milli Hərəkat”dakı vəziyyətə gəlincə, bu partiya bolşevik və menşeviklərə bölündü. Bolşeviklərin formal sədri Xabeişvili, menşeviklərin lideri Meliadır. Bu proseslər davam edəcək, bu çox yaxşıdır. Bunun axırı nə olacaq - bəlkə seçkiyə qədər bir-birindən ayrılmağa nail olacaqlar, bacarmasalar, daha yaxşıdır. Əsas odur ki, onlar bu ölkədə doqquzuncu dəfə seçkilərdə uduzacaqlar”, - Kobaxidze bildirib.

Onun izahatına görə, “Milli Hərəkat” partiyaya üzv olmaq üçün siyasətçilərin nə zəkası, nə də vicdanına baxmır.

Müxalifət partiyalarının birliyinə gəlincə, İrakli Kobaxidze izah edib ki, onların heç bir perspektivi yoxdur.

“Bütövlükdə müxalifət çox zəif təmsil olunur. Onların il yarım ərzində apardıqları bütün kampaniya ona əsaslanırdı ki, Gürcüstan namizəd statusu almasın, biz də namizəd statusu alırıq, hər şey başlarına yıxılır. Belə bir şəraitdə nə “Milli Hərəkat” partiyasının, nə “Lelo”nun, nə Qaxariyanın, nə Salome Zurabişvili, Lomcariyanın və digərlərinin uğur perspektivi yoxdur. Yalnız “Milli Hərəkat” partiyası 5%-lik həddi keçə bilər ”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın