29 
Nybr
2023
23:07
527

“Vahid Milli Hərəkat”ın sədri Laşa Kveladze bəyanat yayır

Vahid Milli Hərəkat”ın sədri Laşa Kveladze bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, Kveladze  ilə birlikdə sədr müavini və fraksiya üzvləri Levan Xabeişbilinin vəzifədən getməsini tələb edirlər.

"Marneulinin “Vahid Milli Hərəkat” fraksiyası da yoldaşlarımızın tələbinə qoşulur və biz partiyanın sədri Levan Xabeişvilinin vəzifəsindən getməsini tələb edirik.Çünki onun hərəkətləri və çıxışları partiyaya ziyan vurur.
2023-cü ilin mayında Marneulidə partiyanın rayon təşkilatı sədrinin daxili seçkiləri keçirilib.Bu seçkilərdə Levan Xabeişvili, Qiorqi Botkoveli və Davit Kirkitadze 2021-ci il yerli özünüidarə seçkilərində bizə qarşı fəaliyyət göstərən namizədi dəstəkləyiblər. 
Bundan sonra partiya sədri tərəfindən “Mişanın azadlığı”nın qərargahını bağlamaq, təcrübəli və mübariz insanları partiya sıralarından çıxarmaq cəhdi oldu, amma müxalifətimiz qarşısında heç bir uğur qazana bilməyiblər. Marneuli təşkilatı ikiyə bölünür.
Eyni zamanda, partiya sədrinin yanlış siyasəti partiyanın parçalanmasına və reytinqinin aşağı düşməsinə səbəb olmuş, vətəndaşlarda “Vahid Milli Hərəkat”ın iqtidarı dəyişmək üçün mübarizə aparmadığı və yalnız deputat mandatları ilə maraqlandığı barədə fikir formalaşdırmışdır.  Qeyd olunan problemlərin həlli, partiyanı gücləndirmək və seçicilərin Vahid Milli Hərəkata olan inamını bərpa etmək üçün partiyanın geniş qurultayının keçirilməsi məqsədəuyğundur, burada yeni siyasi şura və  və partiyaya rəhbərlik edəcək şura  sədri seçiləcək və biz 2024-cü il seçkilərində rus oliqarxlarını birlikdə məğlub edəcəyik.

Marneuli bələdiyyə şurasının fraksiyası
“Vahid Milli Hərəkat”ın sədri Laşa Kveladze, Sədr müavini Ramal Əhmədov,
 Fraksiya üzvləri: Davit Kimadze, Marina Petrova"- Levan Kveladze bəyanatında bildirib.
                                   

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər