29 
Nybr
2023
20:18
920

Vahid Milli Hərəkat partiyasının üzvü Nərgiz Əliyeva bəyanat yayır

Vahid Milli Hərəkat partiyasını üzvü Nərgiz Əliyeva bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, o , bəyanatında " Milli Hərəkat" ın yürütdüyü siyasəti dəstəklədiyini bildirib.

"Bəyan etmək istəyirəm ki, Mən, Vahid Milli Hərəkat partiyasının Marneuli  bələdiyyəsinin (saqrebulo) deputatı, fraksia üzvü Nərgiz Əliyeva partiyanın hazırki strategiası, yürütdüyü siyasəti, apardığı işləri dəstəkləyirəm və həmfikirəm. Partya sədri Levan Xabeişvilinin menecmenti, iş yöntəmini dəstəkləyirəm. Ölkəmizin inkişafı, Avropa birliyinə üzv olmamız üçün göstərilən səylər, üçüncü  prezident, liderimiz, Mixeil Saakaşvilinin azadlığı, vətəndaşların rifahı üçün aparılan işlər böyük komandamız tərəfindən yüksək səviyyədə həyata keçirilməkdədir. Partiyamızın çoxsaylı dəstəkçiləri tərəfindən seçilən sədr və yeni tərkib Gürcüstanın vətənpərvərləri, savadlı, vicdanlı şəxslərdən ibarətdir. Bu komandanın üzvü olmaqdan fəxarət hissi duyuram. Bizim məqsədimiz bu hakimiyyətlə mübarizə aparıb rus rejiminə son gətirərək vətənimizi işıqlı gələcəyə aparmaqdır. 
Bir qrup şəxslərin habelə deputatın xalqın 
problemləri ilə məşqul olması əvəzinə  vəzifə mübahizəsi, qalmaqallı çıxışlarını təxribat hesab edirəm, bu isə bizim ümumi işimizə xələl gətirmək məqsədi daşıyır. 
Bizim komandamızı bu tip təxribatlar sarsılda bilməz və biz Gürcüstan vətəndaşları ilə birgə mütləq qalib gələcəyik! 
Daha gözəl Gürcüstan üçün birləşək! Güc birlikdədir !"- Nərgiz Əliyeva bildirib

Bizimlə əlaqə saxlayın