Kobaxidze "Politico" nəşrində Bidzina İvanişvili haqqında mənfi kontekstdə danışılmasına belə münasibət bildirdi
"Bu, çox güman ki, sifarişlə çap edilən biabırçı məqalədir. Müvafiq maliyyə mənbəyini Amerikanın “Fara” saytında görə bilərik, bir qayda olaraq, belə yazılar sifarişlə, konkret pul müqabilində yazılır”.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
Kobaxidzeyə sual verilib ki, “Politico” nəşrinin məqaləsində Bidzina İvanişvili haqqında mənfi kontekstdə danışılır və qeyri-rəsmi idarəçi kimi xatırlanır, o belə cavab verib:
“Bidzina İvanişvilinin heç bir işarəyə ehtiyacı yoxdur, ona qarşı de-fakto sanksiyalar tətbiq edilib, İsveçrə bankında vəsaiti dondurulub. Lakin Bidzina İvanişvili problem yaradacaq, ölkəsinə ziyan vuracaq addımlar atmadı. İşarələrə və şantaja ehtiyac yoxdur, xüsusən də “Politico”da çap olunan yazılar heç nəyi dəyişməyəcək. Belə olan halda mən hesab edirəm ki, bu, daha lokal məsələdir. Ola bilsin ki, kimsə pul verib və bu yazı dərc olunub. Bu, hətta yerli gürcü subyekti ola bilər. Biz bilirik ki, bəzi insanlar Vaşinqton və Brüsseldəki ofislərin ətrafına qaçır, bunu etiraf edərək gürcü siyasətçilərinin sanksiyasını tələb edirlər”, - Kobaxidze bildirib.


