Sabahdan dekabrın 3-dək ölkə ərazisində havanın temperaturu yüksələcək
Milli Ətraf Mühit Agentliyi 29-30 noyabr və 1-3 dekabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, sinoptiklərin məlumatına görə, noyabrın 30-dan Gürcüstanda havanın temperaturunun yüksələcəyi gözlənilir.
Dekabrın 1-3-də Qərbi Gürcüstanın düzənliyində havanın temperaturu +23 dərəcəyə, Şərqi Gürcüstanın aran bölgələrində isə +15, +20 dərəcəyə yüksələcək. Noyabrın 30-da istilər fonunda Qərbi Gürcüstanda yağıntılı hava şəraiti müşahidə olunacaq.
Dekabrın 1-3-də ölkənin əksər rayonlarında hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Tbilisidə hava yağmursuz keçəcək, dekabrın 1-3-də hava +17, +19 dərəcəyədək isti olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): hava əsasən yağmursuz keçəcək, gündüz temperatur +17, +19 dərəcəyədək yüksələcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): hava yağmursuz keçəcək, gündüz temperatur +18, +20 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq ərazilərində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +11, +13 dərəcəyə yüksələcək.


