27 
Nybr
2023
14:58
1155

Saqarecoda qətlə yetirilən Aytac Şahmarovanın qatilinin cəzası ağırlaşdırıldı

Gürcüstan Prokurorluğu Saqareco rayonunun Ləmbəli kəndində azyaşlının qətlində təqsirləndirilən şəxsin cəzasını azyaşlıya təcavüz etmək maddəsi ilə ağırlaşdırıb.

InterPress.ge xəbər verir ki, söhbət 14 yaşlı Aytac Şahmarovanın qətlindən gedir.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü ilin yayında 14 yaşlı azyaşlını nikaha məcbur etmək məqsədi ilə onu qanunsuz olaraq azadlığından məhrum edib və Saqareco rayonunun Ləmbəli kəndinə aparıb. Burda zərərçəkənin hərəkət azadlığına məhdudiyyət qoyulub. Buna baxmayaraq, azyaşlı qaça bilib. Lakin ailə üzvləri onu geri qaytarıblar. Təqsirləndirilən şəxs qeyri-rəsmi nikahda olduğu yetkinlik yaşına çatmayan şəxsin köməksiz qalmasından istifadə edərək cinsi dözümsüzlük zəminində onu zorlayıb”.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs “zərərçəkmişin qaçaraq onu təhqir etdiyini və qadının şəxsi həyatına nəzarət etmək və onunla evlənməkdən imtina etmək hüququna malik olmadığını” hesab edib, o, 14 yaşlı qıza bir neçə dəfə atəş açıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə ölüb.

Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İttiham tərəfi cinayət işini əsaslı şəkildə baxılması üçün Telavi Rayon Məhkəməsinə göndərib.

14 yaşlı azyaşlının qəsdən öldürülməsi işində azyaşlının anası və dayısı zorla nikaha məcbur etmək və cinayət barədə xəbər verməməkdə, qətldə təqsirləndirilən şəxsin əmisi və əmisi oğlu isə ağır cinayət haqqında məlumat verməməkdə ittiham olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər