27 
Nybr
2023
13:52
730

Marneulidə mağaza qarət edildi- FOTO

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində oğurluq hadisəsi baş verib.   

InterPress.ge xəbər verir ki, yeni açılmış "Magnit" mağazası təxminən gecə saat 4-5 radələrində qarət edilib.

Əldə olan məlumata görə, oğurluq edən şəxs və ya şəxslər mağazanın ön şüşəsini sındıraraq içəri daxil olub və mağazadan çox sayda siqaret və pul götürüblər. Hadisə yerinə ekspertiza qrupu cəlb olunub, faktla bağlı araşdırma aparırlar 

Qeyd edək ki, sözügedən mağaza təqribən 10 gün əvvəl açılıb.

Bizimlə əlaqə saxlayın