25 
Nybr
2023
09:45
462

Kamran Məmmədov Marneuli meriyasının qərarının müsəlmanlara qarşı diskriminasiya olduğunu bildirib

Gənc ilahiyyatçı Kamran Məmmədov Marneuli meriyasının dini məsələlərlə bağlı pul ayırımasında ayrı-seçkilik etdiyini deyərək tənqid edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, meriya büdcədən 420 min lari dini məsələlərə və ibadət ocaqlarına dəstək üçün pul ayırır, bu məbləğin cəmi 20 min larisi müsəlman icmasına ayrılır.

İlahiyyatçı bildirib ki, Ortodoks kilsəsinin Gürcüstanın tarixində və milli kimliyinin formalaşmasında böyük rolu olub. Buna görə də bu gün dövlətin kilsəyə verdiyi dəstək normal haldır, ancaq bununla yanaşı müsəlman icmasına da xüsusi diqqət ayrılmalıdır. 

"Bu açıq şəkildə vətəndaşlara qarşı bərabər davranmaq prinsipinə qarşıdır. Yəni diskriminativ addımdır, ölkə və eləcə də yerli özünü idarəetmə orqanları vətəndaşların dini və irqi fərqliliyini nəzərə almadan hər birinə qarşı eyni davranmalıdır", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər